Türkiyədə zəlzələ baş verən bölgələrdəki universitetlərdə təhsil dayandırılıb

Türkiyədə zəlzələ baş verən bölgələrdəki universitetlərdə təhsil dayandırılıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ baş verən bölgələrdəki universitetlərdə təhsil dayandırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, təhsil dayandırılan universitetlərin binaları sığınacaq olaraq istifadə ediləcək.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.