Kütahya Dumlupınar Universitetinin rektoru Balıkesir Universitetini ziyarət edib

Kütahya Dumlupınar Universitetinin rektoru Balıkesir Universitetini ziyarət edib

Bakı. TurkicWorld:

Kütahya Dumlupınar Universitetinin rektoru Prof. Dr. Kazım Uysal Balıkesir Universitetinin rektoru vəzifəsinə yeni təyin edilən Prof. Dr. Yücel Oğurlunu ofisində ziyarət edərək ona yeni vəzifəsində uğurlar arzu edib.

Daha sonra isə, rektor qonağına ziyarətinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.