Son dəqiqə

Türkiyə İran ABŞ Donald Tramp NATO sammiti Air Force One Gizli Xidmət

Tramp Türkiyədə təyyarə dəyişdirilməsinin səbəbini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp NATO sammitindən sonra Türkiyədə təyyarə dəyişdirilməsi qərarının ABŞ Gizli Xidməti tərəfindən qəbul edildiyini bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu açıqlamanı jurnalistlərə açıqlamasında verib.

ABŞ prezidenti qeyd edib ki, təyyarə dəyişdirilməsi ilə bağlı qərar onun özü tərəfindən deyil, təhlükəsizlik məsələlərinə cavabdeh olan Gizli Xidmət tərəfindən verilib.

“The Washington Post” qəzetinin məlumatına görə, Tramp əvvəlcə “Air Force One” təyyarəsinə minib, lakin daha sonra İran tərəfindən mümkün təhlükə ilə bağlı iddialara görə başqa təyyarəyə keçirilib.

Məlumata əsasən, təyyarələr arasında keçid adi qaydada deyil, iaşə xidməti avtomobili vasitəsilə həyata keçirilib.

Tramp bildirib ki, bu cür təhlükəsizlik tədbirlərinin görülməsi onun mühafizəsinə cavabdeh qurumların qərarı əsasında həyata keçirilir.

Mövzuya görə xəbərlər