Son dəqiqə

İsrail İran ABŞ İbrahim Kalın Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Beynəlxalq Strateji Kommunikasiya Sammiti (STRATCOM)

Türkiyə fitnə atəşinə odun daşıyan tərəf olmayacaq - İbrahim Kalın

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib.

TurkicWorld xəbər verir ki, MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.

"Türkiyə heç vaxt fitnə atəşinə odun daşıyan tərəf olmayıb və olmayacaq. Lazım gələrsə, o od topunu əlimizə alıb köksümüzdə soyudacağıq, lakin onun yayılmasına imkan verməyəcəyik", - deyə o qeyd edib.

İbrahim Kalın həmçinin beynəlxalq ictimaiyyəti müharibəni başladan əsas aktora — İsrailə qarşı təzyiqləri artırmağa çağırıb. O, Pakistanın vasitəçilik təşəbbüslərini dəstəklədiklərini və diplomatik həll yolunun tapılması üçün bütün imkanların səfərbər edildiyini bildirib. MİT rəhbəri əlavə edib ki, Türkiyə həm ölkəni müharibədən kənarda saxlamaq, həm də regionda qalıcı sülhü təmin etmək istiqamətində strateji addımlarını davam etdirir.

Mövzuya görə xəbərlər