Son dəqiqə

Türkiyə ABŞ–İran gərginliyində vasitəçiliyi gücləndirir Prezident Ərdoğan İranın XİN rəhbərini qəbul etdi Ankara ABŞ–İran böhranında diplomatik təşəbbüsləri artırır Ərdoğan–Ərakçi görüşü: əsas mövzu regional gərginlik Türkiyə eskalasiyaya qarşı diplomatik yol təklif edir ABŞ–İran qarşıdurması fonunda Ankara fəallaşır

Prezident Ərdoğan İranın XİN rəhbərini qəbul edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə ABŞ–İran gərginliyinin artdığı bir mərhələdə diplomatik təşəbbüslərini intensivləşdirir.

TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Ərakçini qəbul edib. Görüşün əsas müzakirə mövzusu ABŞ ilə İran arasında artan gərginlik və regionda yaranmış təhlükəsizlik riskləri olub.

Məlumata görə, görüş zamanı tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıb, gərginliyin hərbi üsullarla deyil, dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının zəruriliyini qeyd ediblər. Türkiyənin ABŞ–İran münasibətlərində vasitəçilik təşəbbüslərinin davam etdiriləcəyi diqqətə çatdırılıb.

Görüş ABŞ–İran xəttində qarşıdurmanın dərinləşdiyi, Vaşinqtonun Tehrana qarşı ritorikasını sərtləşdirdiyi bir dövrdə baş tutub. Ankara isə regionda mümkün eskalasiyanın qarşısının alınması üçün diplomatik kanalların açıq saxlanmasını prioritet hesab edir.

Qeyd edək ki, Prezident Ərdoğan bundan əvvəl də İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıb. Türkiyə tərəfi regional müharibə riskinin qarşısının alınması üçün dialoqun yeganə yol olduğunu bəyan edib.

Analitiklər hesab edirlər ki, Ankaranın bu mərhələdə fəal diplomatik mövqeyi Türkiyəni ABŞ–İran böhranında əsas vasitəçi aktorlardan birinə çevirir və regional sabitliyin qorunmasında mühüm rol oynayır.