BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP-nin sədri Özgür Özəlin partiyasının dünən Beykozda keçirdiyi mitinqdə səsləndirdiyi fikirlərə görə 500 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında açıqlama verib.
Aydın bildirib ki, CHP sədri Özgür Özəlin 7 yanvar 2026-cı il tarixində Beykozda təşkil olunan mitinqdə çıxışı zamanı Prezident Ərdoğana qarşı səsləndirdiyi uyğun olmayan ifadələr, əsassız və məntiqsiz ittihamlar səbəbilə Ankara Birinci İnstansiya Mülki Məhkəməsində 500 min lirəlik mənəvi təzminat iddiası qaldırılıb.
Vəkil əlavə edib ki, məsələ ilə bağlı həmçinin “Prezidentə təhqir” maddəsi üzrə Ankara Respublika Baş Prokurorluğuna da cinayət şikayəti təqdim olunub.






