Bakı, TurkicWorld
Hazırda bildiyiniz kimi, həm cənab Putin ilə, həm Zelenski ilə, həm də bu mövzuda Tramp ilə, Avropa ölkələrinin liderləri ilə görüşmələrim davam edir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan cümə namazı sonrası jurnalistlərə açıqlamasında bildirib.
"Bu həftə Parisdə yenə belə bir zirvə, "Könüllülər Konfransı" adı altında olacaq və mənim adıma ora xarici işlər naziri qatılacaq. Lakin yenə də cənab bazar ertəsi gündüz saat 4-də cənab Tramp ilə bir telefon danışığımız olacaq. Rusiya-Ukrayna arasındakı məsələləri, eyni şəkildə Fələstindəki məsələləri də müzakirə etmək imkanı əldə edəcəyik", - deyə Ərdoğan qeyd edib.







