Son dəqiqə

Türkiyə Qırmızı bülletenlə axtarış

"Qırmızı bülleten"lə axtarılan 40 cinayətkar Türkiyəyə gətirilib

BAKI,TurkicWorld

Beynəlxalq axtarışda olan 40 nəfər Türkiyəyə gətirilib.

TurkicWorld Tükiyə KİV-ə istinadən xəbər verir ki, bu şəxslər müxtəlif cinayətlərə görə "qırmızı bülleten"lə axtarışda olan şübhəlilərdir və ölkəyə ekstradisiya olunublar.

Məlumata görə, ekstradisiya olunan şəxslər arasında ağır cinayətlərdə ittiham olunanlar da var və onlar barəsində qanuni tədbirlər davam etdiriləcək.

Rəsmi qurumlar prosesin davam etdiyini, ölkə daxilində və xaricində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyini vurğulayıb.

Mövzuya görə xəbərlər