Son dəqiqə

Türkiyə Suriya Türkiyə Ticarət nazirliyi Hindistan İordaniya Ömər Bolat Türkiyə-Suriya iqtisadi yatırımlar Türkiyə–Suriya ticarət əlaqələri

Türkiyə Suriya və İordaniya üzərindən körfəzə quru dəhliz açmağı planlaşdırır

BAKI,TurkicWorld, Nailə Babazadə

İsrail mətbuatı Türkiyənin Suriya və İordaniya vasitəsilə Körfəz ölkələrinə uzanan quru dəhliz açmaq təşəbbüsünü narahatlıqla qarşılayıb.

TurkicWorld xəbər verir ki, bildirilir ki, Ankara hakimiyyəti Hindistan və İsrailin ticarət layihələrinə qarşı regional logistika mərkəzi olmağı hədəfləyir.

İsrail mərkəzli Globes xəbər saytı, Ticarət Naziri Ömər Bolatın Suriya və İordaniya vasitəsilə Körfəz ölkələrinə uzanan quru dəhlizinin ən gec gələn il istifadəyə veriləcəyini açıqlamasını işıqlandıraraq, Türkiyənin yalnız Suriya ilə deyil, İsrail ətrafında da mövqeyini gücləndirdiyini qeyd edib.

Qəzet həmçinin Ankaranın Hicaz Dəmir Yolunu yeniləmə və “İnkişaf Yolu” layihəsini həyata keçirmə üzərində çalışdığını vurğulayıb. Bu addımların Hindistan və İsrailin yaratdığı ticarət dəhlizlərinə alternativ marşrut təmin etməyi və Türkiyəni regional nəqliyyat mərkəzinə çevirməyi məqsəd qoyduğu bildirilir.

Mövzuya görə xəbərlər