Son dəqiqə

Türkiyə Türkiyə müdafiəsi Defense News Top 100 2025 Türkiyə müdafiə sənayesi inkişafı Türkiyə hərbi texnologiya Türkiyə hərbi sənaye şirkətləri Türkiyə müdafiə ixracı Türkiyə silah sənayesi Türkiyə Defense News siyahısı MKE 2025 Roketsan 2025 TUSAŞ 2025 ASELSAN 2025 Türkiyə müdafiə şirkətləri

Bu il müdafiə sənayesi üzrə dünya reytinqində beş Türkiyə şirkəti yer alıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb.

TurkicWorld-un məlumatına görə, siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, ötən illə müqayisədə 16 pillə irəliləyərək diqqət çəkib.

Hər il “Defense News” jurnalı tərəfindən əvvəlki ilin müdafiə satış göstəricilərinə əsasən hazırlanan reytinqdə türk şirkətləri mövqelərini qoruyublar. Onların arasında ən yüksək nəticəni ASELSAN əldə edib. Şirkət 3 milyard 541 milyon 261 min 567 dollarlıq müdafiə gəliri ilə siyahıda 43-cü olub. Keçən il 42-ci yerdə olan ASELSAN bu dəfə bir pillə geriləyib. TUSAŞ ötən ilin 50-ci pilləsindən 47-ci yerə yüksəlib. Roketsan mövqeyini qoruyaraq 71-ci sırada qalıb. Keçən il 94-cü olan ASFAT 78-ci yerə, MKE isə 84-cü yerdən 80-ci pilləyə yüksəlib.

Siyahının ilk onluğunda əsasən ABŞ şirkətləri üstünlük təşkil edib. Lockheed Martin 68 milyard 390 milyon dollarlıq gəlirlə zirvədə qalıb. Onu RTX və China Aerospace Science and Industry Corporation izləyib. İlk onluqda digər yerlər Northrop Grumman (4-cü), General Dynamics (5-ci), BAE Systems (6-cı), Boeing (7-ci), China State Shipbuilding Corporation Limited (8-ci), L3Harris Technologies (9-cu) və Thales (10-cu) şirkətlərinə məxsusdur.

Ümumilikdə, siyahıda ABŞ-dan 48, Böyük Britaniyadan 6, Türkiyə, Fransa və Çindən 5, Almaniyadan 4, Cənubi Koreya və İsraildən isə 3 şirkət yer alıb.

Mövzuya görə xəbərlər