Türkiyə ABŞ Vladimir Putin ABŞ Dövlət Departamenti Türkiyə xarici işlər nazirliyi Donald Tramp Qəzza zolağı Hakan Fidan Qəzza Marko Rubio Qəzza münaqişəsi 2025 Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü telefon danışığı

Hakan Fidan ABŞ-lı həmkarı ilə Qəzzadakı son vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülhün təmin olunmasına dair təşəbbüslər müzakirə edilib. Fidan Türkiyənin bu prosesdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığında, həmçinin, Qəzzadakı vəziyyət və atəşkəsin əldə olunması istiqamətində atılan addımlar da gündəmə gəlib. Nazir bölgədəki humanitar vəziyyətin təcili şəkildə yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bundan əlavə, Suriya ilə bağlı son hadisələr və ikitərəfli məsələlər də müzakirə olunub.

Xatırladaq ki, tərəflərin bundan əvvəlki telefon danışığı avqustun 19-da baş tutmuşdu. Həmin söhbətdə ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, eləcə də regional və qlobal məsələlər müzakirə olunmuşdu.

Mövzuya görə xəbərlər