Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Malayziya Qəzza zolağı İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzza atəşkəsi çağırışı Fələstin-İsrail iki dövlətli həll Ənvər İbrahim Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya

İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır - Ərdoğan

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, danışıq zamanı liderlər Qəzzada getdikcə daha da pisləşən humanitar vəziyyəti müzakirə ediblər və İsrail hökumətinə qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıblar.

Danışıqlarla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayılan məlumata görə, Prezident Ərdoğan görüşdə Türkiyə ilə Malayziya arasında hərtərəfli strateji tərəfdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib. O, xüsusilə müdafiə sənayesi başda olmaqla bir çox istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün səylərin davam etdiyini qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, Malayziyanın hazırda ASEAN-ın sədri kimi fəaliyyəti uğurla davam edir. O, oktyabr ayında keçiriləcək 47-ci ASEAN Zirvəsində Türkiyənin “Dialoq Tərəfdaşı” statusu qazanacağına ümid etdiyini də ifadə edib.

Sonda liderlər Qəzzada vəziyyətin daha da ağırlaşdığına diqqət çəkərək, beynəlxalq ictimaiyyətin İsrail hökumətinə qarşı daha sərt və təsirli mövqe sərgiləməsinin vacib olduğunu bildiriblər.

Mövzuya görə xəbərlər