Son dəqiqə

Türkiyə Ömər Çelik PKK terror təşkilatı

PKK-nın bütün qolları ləğv edilməlidir - AKP sözçüsü

BAKI, TurkicWorld

PKK-nın bütün qolları silahı buraxmalı və ləğv edilməlidir.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"PKK-nın bütün qolları silahı buraxmalı və ləğv edilməlidir. Regiondakı bütün məzhəb qrupları arasında əməkdaşlığın əhəmiyyəti yaxın ətrafımız tərəfindən də yüksək qiymətləndirilir. İraq rəsmiləri bu məsələyə böyük maraq göstəriblər. Terror məsələsini sona çatdırma perspektivi bütün dünyada maraqla qarşılanıb" - deyə, o bildirib.

"Silahların yerə qoyulması prosesi fasiləsiz şəkildə davam etməlidir. Prosesin başa çatması ilə istismar sahələri bağlanacaq", - o əlavə edib.

Çelik həmçinin qeyd edib ki, günün ikinci yarısında Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanın sədrliyi ilə nazirlər kabinetinin iclası keçiriləcək.

Mövzuya görə xəbərlər