Son dəqiqə

Türkiyə Bolqarıstan Rumıniya Müdafiə Nazirliyi Yaşar Gülər NATO sammiti Rumıniya-Türkiyə müdafiə əməkdaşlığı

Gülər NATO toplantısında təhlükəsizlik məsələlərini müzakirə edib

BAKI, TurkicWorld

Türkiyənin müdafiə naziri NATO çərçivəsində bolqar və rumıniyalı həmkarları ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov və Rumıniyanın müdafiə naziri Angel Tilvar ilə üçtərəfli görüş keçirib.

Nazirliyin sosial media hesabında verilən məlumata görə, görüş NATO Müdafiə Nazirləri Toplantısının ikinci günü baş tutub. Görüşdə tərəflər regional təhlükəsizlik məsələlərini və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Paylaşıma görüşdən fotolar da əlavə olunub.

Qeyd edək ki, NATO Müdafiə Nazirləri Toplantısı təşkilatın kollektiv müdafiə strategiyalarının və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu yüksək səviyyəli platformadır.

Mövzuya görə xəbərlər