Son dəqiqə

Azərbaycan Türkiyə Xəzər dənizi SOCAR BP Alparslan Bayraktar Türkiyə-Azərbaycan enerji əlaqələri Enerji əməkdaşlığı TPAO neft kəşfiyyatı 30-cu Xəzər Neft və Təbii Qaz Sərgisi

TPAO SOCAR və BP ilə Xəzərdə birgə qaz hasilatına hazırlaşır

BAKI, TurkicWorld

Türkiyə Neft Şirkəti (TPAO) Xəzər dənizindəki Şafak-Asiman yatağında 30 faiz payla tərəfdaş olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 30-cu Xəzər Neft və Təbii Qaz Sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, TPAO yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və British Petroleum (BP) ilə birlikdə Şafak-Asiman təbii qaz sahəsində fəaliyyətə başlayacaq.

“TPAO-nun buradakı iştirakı daha da güclənir. Digər sahələr üzrə də danışıqlar aparırıq. Xüsusilə Xəzərdə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq” - deyə o qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Türkiyə və Azərbaycanın enerji sahəsində əməkdaşlığı Avropanın enerji təchizatı təhlükəsizliyinə ciddi töhfə verir. Gələcəkdə Avropaya əlavə və alternativ mənbələrdən qaz ixracı ilə bağlı yeni layihələrin gündəmə gəlməsi gözlənilir.

“Naxçıvanda bərpa olunan enerjinin istehsalı, Türkiyəyə ötürülməsi və daha sonra Avropaya çatdırılması ilə bağlı layihələr üzərində çalışırıq” - deyə Bayraktar əlavə edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində də mühüm addımlar atır.

Mövzuya görə xəbərlər