BAKI, TurkicWorld
Türkiyədə FETÖ-nün gizli hərbi strukturuna zərbədə 20 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) silahlı qüvvələrdəki gizli strukturuna qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 20 nəfər nəzarətə alınıb.
Konya Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində, FETÖ-nün Türkiyə Silahlı Qüvvələrindəki gizli quruluşunda iştirak etdiyi müəyyən edilən 22 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Konya İl Təhlükəsizlik Müdirliyi tərəfindən eyni anda Konya, İstanbul, Kocaeli, Hatay, Qaziantep, Manisa, Kahramanmaraş, Kayseri və Ankarada həyata keçirilən əməliyyatlarda 20 şübhəli saxlanılıb.
Ünvanında tapılmayan 1 şübhəlinin axtarışı davam edir. Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri polis bölməsində aparılır.