Bakı, TurkicWorld
Türkiyə Ticarət naziri Ömər Bolat ABŞ gömrük rüsumları ilə bağlı açıqlama verib.
TurkicWorld AzerVoice xəbər verir ki, Ömər Bolat, Türkiyənin ABŞ tariflərində ən aşağı əlavə vergi tətbiq edən ölkələr qrupunda olduğuna diqqət çəkərək, ixrac edilən məhsullardan gömrük rüsumlarının qaldırılması ilə bağlı ABŞ Ticarət və Ticarət Nümayəndəliyi ilə danışıqlarda vəziyyəti həll etmək istədiklərini qeyd edib.
Nazir Bolatın verdiyi açıqlamada deyilir: “ABŞ prezidenti Trampın daha əvvəl açıqladığı kimi, 2 aprel 2025-ci il tarixli bəyanatı ilə qarşılıqlılıq prinsipinə əsaslanan yeni ticarət siyasəti həyata keçirildi və müxtəlif ölkələrə tətbiq olunacaq daha yüksək əlavə gömrük tarifləri açıqlandı.
Bolat ABŞ prezidenti Donald Trampın ölkələrə tətbiq etdiyi yeni gömrük vergisi dərəcələrini qiymətləndirib. Bolat, "ABŞ Ticarət Nazirliyi və ticarət nümayəndəsi ilə danışıqlarda 10 faizlik əlavə gömrük rüsumunun qaldırılmasını müzakirə etmək istəyirik" - deyə Bolat vurğuladı.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp idxala yeni tarif dərəcələri tətbiq edəcəyini açıqlayıb.
Çin və Avropa İttifaqı da daxil olmaqla, bir çox ölkəyə daha yüksək tariflər tətbiq edilib.Trampın yeni tarif siyasəti çərçivəsində Çinə 34 faiz, Avropa İttifaqına 20 faiz, Yaponiyaya 24 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Hindistana isə 26 faiz idxal vergisi tətbiq olunacaq. Türkiyə isə ən aşağı tarif dilimində – 10 faiz rüsumla qalacaq. Bundan əlavə, ABŞ-a idxal edilən bütün avtomobillərə 25 faiz əlavə vergi tətbiq olunacaq.