Son dəqiqə

Türkiyə Türkiyə hava limanları Giriş-çıxış məntəqələri Qeyri-qanuni miqrantlar Səyyar immiqrasiya məntəqələri

Türkiyədə Ramazan Bayramında 700 - ə yaxın qeyri-qanuni miqrant saxlanılıb

Bakı, TurkicWorld

Türkiyədə Ramazan Bayramı günlərində aparılan yoxlamalar zamanı 696 qeyri-qanuni miqrant müəyyən edilib və onların deportasiya prosedurlarına başlanılıb.

TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya İdarəsi Müdirliyindən məlumat verilib.

Ölkə daxilində fəaliyyət göstərən 270 səyyar immiqrasiya məntəqəsi vasitəsilə ümumilikdə 37 min 406 əcnəbinin şəxsiyyəti yoxlanılıb, bu zaman 696 nəfərin qeyri-qanuni yollarla Türkiyədə olduğu müəyyən edilib. Onlar İl Miqrasiya İdarəsi Müdirliklərinə təhvil verilib və deportasiya prosedurları başladılıb.

Yoxlamalar şəhər mərkəzləri, giriş-çıxış məntəqələri, avtovağzallar, dəmiryol vağzalları, hava limanları, parklar, bağlar və çimərliklər kimi insanların sıx olduğu yerlərdə aparılıb. Bu prosesdə ümumilikdə 6324 nəfərlik şəxsi heyət iştirak edib.

Mövzuya görə xəbərlər