Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Qəzza HƏMAS

Qəzzada atəşkəsin daimi olmasını arzulayırıq - Ərdoğan

Bakı,TurkiWorld

Fələstin Müqavimət Hərəkatı (HƏMAS) ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.

TurkiWorld xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan X sosial media hesabından açıqlama verib.

"Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq",- deyə paylaşımda qeyd olunub.

O, İsrailin hücumlarına qarşı öz torpağını və azadlığını müdafiə edən Qəzza xalqını alqışlayıb.

Həmçinin Ərdoğan, Türkiyə olaraq Fələstinin daima yanında olduqlarını bildirib.

Mövzuya görə xəbərlər