Son dəqiqə

Türkiyə

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub

Bakı, TurkicWorld

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat "Resmi Gazete"də yayılıb.

Məlumata əsasən, kibertəhlükəsizlik İdarəsi kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə siyasətləri, strategiyaları və hədəfləri müəyyən edəcək, fəaliyyət planları hazırlayacaq, qanunvericilik araşdırmaları aparacaq, müvafiq fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək, kibertəhlükəsizliklə bağlı maarifləndirmə, təlim tədbirlərini həyata keçirəcək, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini dəstəkləyən layihələr və bu sahədə ictimaiyyətin məlumatlandırılması özəl sektorla universitetlər arasında əməkdaşlığın artırılması istiqamətində fəaliyyət göstərəcək.

İdarənin baş ofisi Ankarada yerləşəcək.

Mövzuya görə xəbərlər