Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Kara bölgəsində boz kateqoriyalı terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən Fırat Serihanı zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, MİT apardığı kəşfiyyat araşdırmaları nəticəsində terrorçu Serihanın 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum planlaşdırdığını və göstərişi şəxsən verdiyi müəyyən edib.
Bunun üzərinə MİT PKK/KCK üzvü Serihanı hədəf siyahısına əlavə edib.
MİT, sahə agentləri vasitəsilə Serihanın təşkilatın yüksək səviyyəli rəhbərliyindən aldığı təlimat əsasında Pəncə-Kilit Hərəkatı bölgəsində hərəkətə keçmək istəyən təşkilat üzvlərinin silah və sursat ehtiyaclarını qarşıladığı barədə məlumat əldə edib.
Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiya keçirmək üçün Karada hazırlıq görən Serihan və onunla birlikdə olan terrorçular zərərsizləşdirilib.