Son dəqiqə

Türkiyə İŞİD

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

İstanbulda terror təşkilatı İŞİD-a qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki,İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları terror təşkilatının fəaliyyətlərini deşifrə etməyə çalışarkən qarşıdurma bölgələrində silahlı təşkilatlarla əlaqəsi olan İŞİD üzvü şübhəlilərin şəxsiyyət və ünvanlarını müəyyən edib.

Türkiyədə əməliyyata hazırlaşdıqları güman edilən 12 şübhəli eyni vaxtda keçirilən əməliyyatla yaxalanıb.

Ünvanlarda aparılan axtarışlar zamanı sənədsiz silah, 13 güllə və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Qeyd edək ki, Şübhəlilər əməliyyat olunmaq üçün polis bölməsinə aparılıb.

Mövzuya görə xəbərlər