Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Son bir həftədə 95 terrorçu zərərsizləşdirilib – Türkiyə MN

Bakı,TurkicWorld

Son bir həftədə Türkiyədə, terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarda 95 terrorçunun zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat verib.

“Türkiyə Silahlı Qüvvələri terroru aradan qaldırılması istiqamətində həyata keçirdiyi əməliyyatlarda son bir həftədə 95, yanvarın 1-dən indiyədək isə ümumi 1963 terrorçu zərərsizləşdirib”,- deyə nazirlikdən bildirilib

Yanvarın birindən İraqın şimalında 983, Suriyanın şimalında isə 980 terrorçu zərərsizləşdirilib.

Bəyanatda həmçinin 2 və 9 sentyabr tarixlərində İraqın şimalında yerləşən Metina, Zap, Kara, Hakurk, Kandil və Asosda terrorçuların hədəflərinə qarşı həyata keçirilən əməliyyatlar barədə də məlumat verilib.

Əməliyyat zamanı terrorçuların olduğu düşünülən mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar və terror təşkilatının istifadə etdiyi obyektlər daxil olmaqla ümumilikdə 41 hədəf müvəffəqiyyətlə məhv edilib.

Mövzuya görə xəbərlər