Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Türkiyədə 16 əcnəbi vətəndaşın əmlakı dondurulub

Bakı, TurkicWorld

Türkiyədə terror təşkilatlarını maliyyələşdirdiyi aşkarlanan 16 əcnəbi vətəndaşın əmlakı dondurulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə alınan qərar “Resmi Gazete”də dərc olunub.

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi terror təşkilatlarının maliyyələşdirilməsi üçün ağlabatan əsasların mövcudluğunu əsas gətirərək, 16 əcnəbi vətəndaşın Türkiyədəki aktivlərinin dondurulmasına qərar verib.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc edilən qərar terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı qanunun “Xarici dövlətlərin tələbləri” maddəsinə əsasən qəbul edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər