Bakı, TurkicWorld
Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə gəlir.
TurkicWorld xəbər verir ki, Ankara 12 ildən sonra Misirdən prezident səfərinə ev sahibliyi edəcək.
Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
İki ölkə arasında 10 milyard dollara çatan ticarət həcmində yeni hədəf 15 milyard dollardır. İclasda bu məqsədə çatmaq üçün atılacaq addımlar dəyərləndiriləcək.
Eyni zamanda enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olunacaq.
Hafiz Rufizoğlu