Son dəqiqə

Türkiyə Ömər Çelik

Kipr Sülh Əməliyyatını təhrif edən filmin yayımlanması qəbuledilməzdir - Çelik

Bakı, TurkicWorld

Kipr Sülh Əməliyyatını təhrif edən filmin yayımlanması qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik deyib.

O, Netflix-in tarixi həqiqətləri təhrif edən serialı yayımlamaq qərarına reaksiya verib.

“Sülh gətirən və ədaləti bərqərar edən müdaxilənin Yunan təbliğatının hədəfində olmasını qəbul edə bilmərik. Kıbrıs Sülh Əməliyyatı, qəhrəman türk əsgəri, sülh və ədalət bu silsilə ilə hədəfə alına bilməz.” – deyə Çelik qeyd edib.

Xatırladaq ki, Netflix, Yunan serialını sentyabrın 20-də yayımlayacağını açıqlayıb.

Cənubi Kiprdə istehsal olunan serialda 1974-cü il Kipr Sülh Əməliyyatı təhrif edilmiş tarixi faktlarla nümayiş etdirilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər