Son dəqiqə

Türkiyə Diyarbakır

Türkiyədə bəzi ərazilər müvəqqəti xüsusi təhlükəsizlik zonası elan edilib

Bakı, TurkicWorld

Türkiyənin Diyarbakır vilayətinin Dicle rayonunda bəzi ərazilər 15 gün müddətinə “müvəqqəti xüsusi təhlükəsizlik zonası” elan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Diyarbakır Qubernatorluğu açıqlama verib.

Açıqlamada qeyd edilib ki, milli təhlükəsizliyin, ictimai asayişin və ictimai rifahın təmin edilməsi, cinayətin qarşısının alınması və başqalarının hüquq və azadlıqlarının qorunması məqsədi ilə rayonun Kayı, Kırkpınar və Kurşunlu məhəllələri sərhədləri daxilində yerləşən Kurşunludüzü və Görüsüsə dağı bölgələri sentyabrın 3-dən 17-dək müvəqqəti xüsusi mühafizə zonası elan edilib.

"Qadağaya əməl etməyənlər 5442 saylı Vilayət İdarəetmə Qanununun 66-cı maddəsinə uyğun olaraq cəzalandırılacaqlar." – deyə açıqlamada vurğulanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər