Bakı, TurkicWorld
Terror təşkilatları ilə mübarizəmiz davam edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“40 ilə yaxındır böyüyən FETÖ-nün vətənə xəyanət dəstəsinin kökünü kəsməklə yanaşı, ordumuzu hər sahədə gücləndirdik. Çevriliş cəhdindən sonra terrora zərbələr endirdik. Terror təşkilatları qaçmağa yer axtarırlar, ancaq tapa bilməyəcəklər. Son 2 ildir ki, "Pəncə" əməliyyatlarımızla İraqın şimalındakı terror bataqlığını qurutmağa çalışırıq.” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, biz raketlərdən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər Hərbi Hava Qüvvələrimizin ehtiyac duyduğu hər şeyi istehsal etmək, inkişaf etdirmək və ya təmin etmək üçün çalışırıq.
Hafiz Rufizoğlu