Bakı, TurkicWorld
Yağışlar səbəbi ilə qapalı qalan 1065 adam təxliyə edilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) bəzi əyalətlərdə leysan yağışlar səbəbiylə qapalı qalan 1065 nəfərin təxliyə edildiyini açıqlayıb.
Açıqlamada, Samsunda vətəndaşlara SMS ilə yanaşı məscidlərdən, bələdiyyə elan sistemlərindən və polis və jandarma vasitələrindən də lazımi xəbərdarlıqların edildiyi, 9 vilayətdə daxil olan 72 xəbərdarlığa müdaxilə edildiyi bildirilib.
“Vətəndaşlarımızı qəfil sel, daşqın, şimşək çaxması, sürüşmə, yerli dolu, qəfil güclü külək, qısamüddətli tufan və nəqliyyatın axması kimi neqativ hallara qarşı diqqətli olmalarını qətiyyətlə xatırladırıq.” – deyə açıqlamada qeyd edilib.
Hafiz Rufizoğlu