Son dəqiqə

Türkiyə

Türkiyədə 3,6 bal gücündə zəlzələ baş verib

Bakı,TurkicWorld

Marmara dənizinin Gemlik körfəzində 3,6 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Zəlzələ dəniz dibindəki aktiv qırılma xətləri boyunca baş verib və bəzi ətraf sahil ərazilərində zəif hiss olunub.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Mövzuya görə xəbərlər