Bakı,TurkicWorld
Türk Silahlı Qüvvələri (TSK) Suriyanın şimalında, “Fırat Kalkanı” və “Zeytin Dalı” bölgələrində aşkarladıqları 12 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.
“Biz cənubumuzda terror dəhlizinin yaradılmasına icazə verməyəciyik. Terrorun mənbəyində məhv edilməsi üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik”,- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, TSK ilin əvvəlindən İraqın şimalında 796, Suriyanın şimalında isə 856 terrorçunu zərərsizləşdirib.