Bakı, TurkicWorld
Şimali İraqda sığınacaqlarından qaçan terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim olub təslim olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
“Türk Silahlı Qüvvələrimizin terror təşkilatı PKK-ya qarşı əməliyyatları artan intensivlik və templə davam etdikcə təşkilatın parçalanması da sürətlənir.” – deyə paylaşımda qeyd edilib.
Bildirilib ki, İraqın şimalındakı sığınacaqlarından qaçan PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəsinə təslim olub.
Qeyd edilib ki, terrorçular üçün yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır.
Hafiz Rufizoğlu