Bakı,TurkicWorld
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Hakurkdakı bazasında aksiya keçirməyi planlaşdıran PKK terrorçusu Serdar Sönmez, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat ilə zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, terror cinayətlərindən barəsində axtarış qərarı çıxarılan terrorçu Serdar Sönmez PKK/KCK-nın yüksək rütbəli rəhbərlərindən Türkiyə Silahlı Qüvvələrinə qarşı sui-qəsd təlimatı alıb.
Sönmez TSK-nın Hakurkdakı əməliyyat bölgəsinə sızmağa cəhd edərək kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirəcəkmiş.
Əldə edilən kəşfiyyat məlumatı nəticəsində MİT Serdar Sönmezi addım-addım izləməyə başlayıb. Terrorçu Sönmezin hərəkətə keçəcəyi yer və vaxt MİT-in təşkilat daxilindəki agentləri vasitəsilə öyrənildikdən sonra əməliyyat qərarı verilib.
PKK üzvü olan Serdar Sönmez Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı baza bölgəsinə sui-qəsd hazırlayarkən uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.