Bakı,TurkicWorld
Türkiyənin Diyarbakır şəhərinin Lice rayonunda həyata keçirilən əməliyyatda külli miqdarda narkotik ələ keçirilib.
TurkicWorld xəbər verir ki, Diyarbakırda qanunsuz narkotik istehsalı və ticarəti ilə məşğul olan narkotik tacirlərinin məsuliyyətə cəlb edilməsi üçün “Narko-Terror Əməliyyatı” həyata keçirilib.
Əməliyyatlar zamanı iki şübhəli saxlanılıb. Şübhəlilər jandarma əməliyyatlarının ardından ədliyyəyə sövq edilib.
Əməliyyat zamanı 1 milyon 635 min 230 ədəd sirr kökü, 190 min ədəd skunk kökü, 79 kiloqram toz və üç kiloqram bitki mənşəli sirr ələ keçirilib.