Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

Ölkəmizi təhdidlərdən qorumaq əzmindəyik – Cevdet Yılmaz

Bakı,TurkicWorld

Bir tərəfdən regional və qlobal səviyyədə sabitlik və sülh üçün diplomatiyanın bütün imkanlarından istifadə edərkən, digər tərəfdən də ölkəmizi hər cür təhdidlərə qarşı çox daha güclü mövqeyə daşımaq əzmindəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz X sosial media hesabında paylaşım edib.

Yılmaz, son 20 ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə yerli və milli müdafiə sənayesində inqilabi dəyişikliklərin baş verdiyini bildirib.

“Təhlükəsizliyimizlə yanaşı, müdafiə sənayesi idxalımızı azaldır və yüksək əlavə dəyərli istehsal və ixrac hədəflərimizə xidmət edir. Keçən il ixrac 5,5 milyard dollara çatıb. Bu il isə hədəfimiz isə 7 milyard dollardır. Əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk”,- deyə Yılmaz vurğulayıb.

Mövzuya görə xəbərlər