Bakı, TurkicWorld
İnstagram qaydalara əməl edərsə, giriş qadağasını qaldıracağıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
İnstagramın qaydalara əməl etmədiyini və xəbərdarlıqları nəzərə almadığını bildirən Uraloğlu, çatışmazlıqların tamamlanacağı təqdirdə giriş blokunun qaldırılacağını açıqlayıb.
“İnstagrama kataloq cinayətləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, cavab vermədiyi üçün girişi bloklanıb.” – deyə o bildirib.
Uraloğlu İnstagram ilə əlaqə saxladıqlarını və sosial media nümayəndəsi ilə görüşdüklərini qeyd edib.
Hafiz Rufizoğlu