Bakı, TurkicWorld
Türkiyə sülh və sabitliyin təmin edilməsinə hər cür töhfə verməyə davam edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus kimi yeddi fərqli ölkənin həbsxanalarında cəmi 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatı Ankarada həyata keçirilib. .
2-si ABŞ, 1-i Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan olmaqla cəmi 7 təyyarə ilə Türkiyəyə daşınan şəxslər arasında; 2-si uşaq olmaqla 10 girovun Rusiyaya, 13 girovun Almaniyaya, 3 girovun isə ABŞ-a təhvil verildiyi bildirilib.
“Danışıqlar prosesinin başlanğıcından mübadilələrin həyata keçirildiyi son ana qədər bütün təhlükəsizlik tədbirləri, logistika planlaması və mübadilə fəaliyyətinin ehtiyacları Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.” – deyə bəyanatda qeyd edilib.
Hafiz Rufizoğlu