Bakı, TurkicWorld
Terrorizmlə mübarizə qətiyyətlə davam etdirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
Nazirliyin son açıqlamasında Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
“Biz Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına imkan vermədik və verməyəcəyik. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində aşkarladıqları 2 PKK terrorçusunu zərərsizləşdirib. Terrorun mənbəyində aradan qaldırılması üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik” – deyə paylaşımda qeyd edilib.
Hafiz Rufizoğlu