Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri

Türk ordusu 19 terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya və İraqın Şimalında 19 PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk və Asos bölgələrində aşkarladıqları 15 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində aşkarladıqları dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”,- deyə paylaşımda qeyd olunub.

“Terrorun mənbəyində aradan qaldırılması üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik”,- deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər