Son dəqiqə

Türkiyə Ömər Çelik

Soyqırım siyasətinə qarşı mübarizəmizi davam etdirəcəyik - Çelik

Bakı, TurkicWorld

Soyqırım siyasətinə qarşı mübarizəmizi davam etdirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik deyib.

“İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin polisin müşayiəti ilə Məscidül-Əqsaya girərək təxribat törətməsi daha böyük regional münaqişələrə səbəb ola biləcək son dərəcə təxribatçı bir hərəkətdir. İsrail parlamentinin Fələstin dövlətinin mövcudluğunu rədd etməsi qeyri-qanuni qərardır ki, bu da mövcud soyqırım administrasiyasının assimilyasiya və soyqırım siyasətinin qeydə alınmasıdır.” – deyə Çelik bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət məsuliyyəti öz üzərinə götürməlidir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər