Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri

Türk ordusu 17 terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Metina və Qara bölgələrində, Suriyanın şimalında isə Barış Pınarı bölgəsindəki 17 terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) X sosial media hesabında paylaşım edilib.

“Terrorçuların qaçmağa yeri yoxdur, onlar üçün heç bir yer təhlükəsiz deyil. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Metina və Qara bölgələrində müəyyən edilən 14 PKK terrorçusu, Suriyanın şimalındakı Barış Pınarı bölgəsində isə üç PKK/YPG terrorçusu zərərsizləşdirilib”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər