Son dəqiqə

PKK Türkiyə Silahlı Qüvvələri

İraq və Suriyanın şimalında dörd terrorçu zərərsizləşdirilib

Bakı, TurkicWorld

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında dörd terrorçu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

“Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 2 PKK terrorçusunu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 2 PKK terrorçusunu zərərsizləşdirib.” – deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, terrorun mənbəyində aradan qaldırılması üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmiz davam etdiriləcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər