Son dəqiqə

Statistika

Dİyarbakır Hava Limanında sərnişindaşınma göstəriciləri artıb

Bakı, TurkicWorld

2024-cü ilin iyun ayında Türkiyənin Diyarbakır Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz arataraq, 1 milyon 46 min 16 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə,2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 981 min 438 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 64 min 578 nəfər təşkil edib.

2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 9 min 857 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 8 min 558 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 28 faiz artaraq, 1 min 300 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 5 faiz azalaraq, 6 min 412 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq, 5 min 916, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 496 olub.

Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.

Mövzuya görə xəbərlər