AVRO-2024: Türkiyə millisi hesabı açıb

Bakı. TurkicWorld:

AVRO-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olacaq.

Qardaş Türkiyə yığması Niderlandla qarşılaşıb. “Ay-ulduzlular” yarımfinala yüksəldiyi AVRO-2008-dəki uğurunu təkrarlamaq üçün mübarizə aparırlar.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.

AVRO-2024
1/4 final
6 iyun
23:00. Niderland – Türkiyə - 0:1
Qol: Samet Akaydın, 35
Baş hakim: Klemen Turpin (Fransa)
Berlin Olimpiya Stadionu