Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türkiyədə bir əsgər şəhid olub

Bakı,TurkicWorld

Çavuş Mehmet Əli Horoz Pençe-kilit əməliyyatı bölgəsində axtarış və yoxlama tədbirləri zamanı terrorçularla təması nəticəsində şəhid olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

“Hadisə zamanı həyatını itirən şəhidimizə Allah rəhmət eləsin. Ailəsinə, Türk Silahlı Qüvvələrinə, millətimizə başsağlığı və səbr diləyirəm”,- deyə açıqlamada qeyd olunub.

Bundan əlavə əməliyyatlar zamanı üç terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Mövzuya görə xəbərlər