Son dəqiqə

ASELSAN

ASELSAN 71 milyard lirəlik əməkdaşlıq müqavilələri imzalayıb

Bakı,TurkicWorld;

ASELSAN bu il 71 milyard lirəlik əməkdaşlıq müqavilələri imzalayıb.

TurkicWorld xəbər verir ki, ilin əvvəlindən bu yana Borsa İstanbulda 72,3 milyard lirə dəyərində yeni əməkdaşlıq müqavilələri bağlanıb ki, bunun 71 milyard lirəsi ASELSAN tərəfindən həyata keçirilib.

ASELSAN-ın yerli və xarici müştəriləri ilə imzaladığı yeni iş müqavilələri, cari məzənnə ilə hesablandıqda 70 milyard 953 milyon 71 min 615 lirədir.

ASELSAN-ın bu il KAP-a açıqladığı 24 yeni iş əlaqəsi və yeniləmə arasında, Türkiyə Milli Müdafiə Nazirliyinin, Türk Silahlı Qüvvələrinin hərbi tədarükü üçün imzaladığı 556 milyon 500 min dollarlıq müqavilə, bu il üçün ən yüksək qiyməti olan iş əlaqəsidir.

Qeyd edək ki, şirkət ötən il 73,6 milyard lirə gəlir əldə edib.

Mövzuya görə xəbərlər