Türkiyə ABŞ Türksat 6A

Türksat 6A sabah ABŞ-a göndəriləcək

Bakı,TurkicWorld:

Türkiyənin ilk yerli və milli rabitə peyki Türksat 6A sabah Ankaradan ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmodromuna göndəriləcək.

TurkicWorld xəbər verir ki, sabah Saat 12.00-da Mürted Hava Limanında keçiriləcək vida mərasiminə, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu və Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır qatılacaq.

Mərasimin ardından Türksat 6A və orbitdə iştirak edəcək heyət, Antonov AN-124 tipli yük təyyarəsi ilə ABŞ-a göndəriləcək.

Türksat 6A-nın hava səyahəti təxminən 1 gün davam edəcək və daha sonra Cape Canaveral Kosmodromunda yerləşən Space X obyektlərində buraxılış prosedurlarına başlanacaq. Peykin 2024-cü il iyulun 8-15-də orbitə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək, 7,5 kilovat gücündə və 4 min 250 kiloqram ağırlığında olan Türksat 6A ilə mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya Türksatın əhatə dairəsində olacaq. Peyklərin əldə etdiyi əhali 3,5 milyarddan 5 milyarda yüksələcək.

Mövzuya görə xəbərlər