Son dəqiqə

Türkiyə İstanbul Türkiyə boğazları

İstanbul Boğazında hərəkət dayandırılıb

Bakı,TurkicWorld:

Türkiyənin İstanbul Boğazında gəminin texnikasında nasazlıq yarandığı üçün hər iki istiqamətdə hərəkət dayandırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama verib.

“176 metr uzunluğu olan CORNELIA adlı gəmi üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı Pilotumuz və Xilasetmə-9 gəmimiz hadisə yerinə yönəldilib. Boğazda gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”,- deyə açıqlamada qeyd olunub.

Mövzuya görə xəbərlər