Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri iclası çərçivəsində Praqada ABŞ dövlət katibi Antoni Blinken ilə ikitərəfli görüş keçirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan 30-31 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclasında iştirak edəcək.