Bakı, TurkicWorld:
Türkiyə Ticarət naziri Ömər Bolat sabah Belçikaya səfəri çərçivəsində Türkiyə İxracatçılar Məclisinin Brüssel Nümayəndəliyinin açılışını edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Bolatın səfər çərçivəsində Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə ikitərəfli görüş keçirməsi və Belçika iş dünyasının nümayəndələri ilə görüşü planlaşdırılır.